AZ

Toy zamanı şadlıq sarayında yanğın oldu – Video


Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Firuzə şadlıq sarayında yanğın olub.
Yeniavaz.com
“Xəzər xəbər”ə istinadla xəbər verir ki, hadisə toy məclisi zamanı baş verib.
Bildirilib ki, tavanda başlayan yanğın səbəbi ilə salonda tüstülənmə olub.
Sarayın inzibatçısı hadisə ilə bağlı bildirib ki, yanğına səbəb dekor qurğuları olub:
“Toy təzəcə başlamışdı. Yanğın balaca qığılcım səbəbindən olub. Qonaqlar tez bir zamanda salondan çıxdılar”.
O, həmçinin qeyd edib ki, hadisə zamanı xəsarət alan və tüstüdən zəhərlənən olmayıb.
Qeyd olunub ki, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Daha ətraflı:
Seçilən
48
10
yeniavaz.com

10Mənbələr