Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP)dayanıqlı sülhə və regional əlaqəliliyin gücləndirilməsinə aparanyolda mühüm mərhələdir.
Trend xəbər verirki, bu fikri Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlarüzrə nümayəndəsi Elçin Əmirbəyov “JASON redaksiya heyətinəmüsahibəsində bildirib.
“TRIPP sadəcə bir yol deyil; bu, etimad, əməkdaşlıq və rifahmarşrutudur. Azərbaycan qəti şəkildə inanır ki, onun həyatakeçirilməsi istisnasız olaraq bütün tərəflər üçün fayda gətirəbilər, belə ki, layihə regionda sülhün möhkəmlənməsinə, sabitliyinəldə olunmasına və iqtisadi inkişafın təşviqinə xidmət edir. Bunagörə də biz bütün tərəfləri onu həqiqi, uduzmaq ehtimalı olmayanlayihə kimi dəyərləndirməyə dəvət edirik”, – deyə E.Əmirbəyovbildirib.
Müsahibədə Əmirbəyov Azərbaycanın fəaliyyətinin daha genişregional və beynəlxalq kontekstini də müzakirə edib. O,Azərbaycanın Avropaya enerji ixracını, o cümlədən təbii qaztədarükünü və “yaşıl” enerji sahəsində yeni layihələri vurğulayıb,həmçinin dəhlizin Türkiyə, Mərkəzi Asiya və türk dünyası iləticarət və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsindəki rolunuqeyd edib. O, ekoloji əməkdaşlıq məsələlərinə, xüsusilə “yaşıl”texnologiyalar sahəsində hollandiyalı tərəfdaşlarla birgəfəaliyyətə toxunub və Azərbaycanın Rusiya və İranlabalanslaşdırılmış xarici siyasətə sadiqliyini təsdiqləyib. Bununlayanaşı, o, minalanmış ərazilər və Ermənistanın konstitusionməsələləri kimi mövcud problemləri qeyd edib ki, bunlaruzunmüddətli sülhün təmin olunmasında əsas maneələr olaraqqalır.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddəregional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununlayanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və DövlətlərarasıMünasibətlər haqqında” Sazişi paraflayıblar.