AZ

Böyük elektrik generasiya gücünə malik ölkə

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli dörd il öncə 2022-ci ilin yanvar ayında qoyulub. 240 meqavat gücündə olan bu stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Stansiya Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmişdir.

Prezident İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı bildirdi ki, bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır. “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır.

Ölkə başçısı çıxışı zamanı Azərbaycan energetiklərinin əməyini xüsusilə yüksək qiymətləndirərək bildiridi ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir.

Ölkəmizdə enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Son 20 il ərzində ölkəmizin enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Hazırda ölkəmizin generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq və bu rəqəm daha da artacaq. Bu isə imkan verəcək ki, həm artan daxili tələbat lazımi səviyyədə təmin edilsin, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac edilsin.

Hazırda ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev  diqqətə çatdırdı k, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Su elektrik stansiyalarının potensialı da nəzərə alınarsa bu potensial daha da böyüyəcək.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Seçilən
32
2
ikisahil.az

3Mənbələr