AZ

FSB Permdə terrorun QARŞISINI ALDI: Evdən 10 kq partlayıcı maddə TAPILDI – VİDEO

Rusiyada dəmir yolu körpüsünü partlatmaq istəyən şəxs tutulub.

İnterpress.az xəbər verir ki, Rusiyanın Perm diyarında irimiqyaslı terror aktının qarşısı alınıb.

Məlumata görə, Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanları tərəfindən Çusovski dəmir yolu körpüsündə planlaşdırılan partlayış planını pozub.

Hadisəni törətmək istəyən 1972-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb.

O, “Telegram” vasitəsilə telefon fırıldaqçılarının təsirinə düşdüyünü və aldadılaraq “təhlükəsiz hesablara” 350 min rubl köçürdüyünü bildirib.

Şübhəli şəxsin evinə baxış zamanı 10 kq partlayıcı maddə, bomba hazırlamaq üçün detallar (komponentlər) və körpünü izləmək üçün nəzərdə tutulmuş veb-kamera aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr