Yanvarın 9-da Britaniya müdafiə naziri Con Hilini Kiyevə aparan qatar yolda təcili dayanmaq məcburiyyətində qalıb. Buna səbəb həmin gün gecə Ukraynada hava hücumu həyəcan siqnalının işləməsi olub.
Herbiand.az bildirir ki, bu barədə nazirin özü danışıb.
“Biz hava həyəcanı siqnalını eşitmək üçün kifayət qədər yaxın idik. Bu, ciddi an idi”, - Hili deyib.
The Sun-un mənbəyi iddia edib ki, Rusiya “Oreşnik” orta mənzilli raket sistemindən istifadə etməklə Ukrayna hədəflərinə hücum edərkən Britaniyanın müdafiə naziri Lvov yaxınlığında “ölümdən tük qədər uzaqda” olub.
Bəxtiyar CƏFƏRLİ