“Petrokem Qrup” MMC nizamnamə kapitalının 8 milyon 508 min 500 manat azaldılaraq 4 milyon 581 min 500 manat müəyyən edildiyini elan edib.
Şirkət 13 milyon 90 min manat nizamnamə kapitalına malik idi.
Marja.az xəbər verir ki, “Petrokem Qrup” MMC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kreditorların nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.
“Petrochem Group” Azərbaycan şirkəti Xəzər regionunda sürtkü yağları və kimya məhsullarının aparıcı təchizatçılarından və istehsalçılarından biridir. Şirkətin tərəfdaşları arasında ilk olaraq “British Petroleum” (bp), “Castrol Offshore”, “Champion X”, “Jet Lube”, “Fuchs” və “Petromin” kimi şirkətləri qeyd etmək olr. ürtkü yağları üzrə “Castrol” , kimya məhsulları üzrə isə “Champion X” “Petrochem Group”un aparıcı ticarət nişanlarıdır.. Dənizdə neft-qaz, habelə dənizçilik sənayelərində çalışan bir sıra yerli və xarici şirkətlər bizim “Petrochem Group”un müştəriləridir.
Şirkətin qanuni təmsilçisi Əliyev Fərhad Əhəd oğludur.