AZ

Azərbaycandan neft ixracında SOCAR, JOCAP və konsorsiumların payı məlum olub

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 23,1 milyon ton neft (qaz kondensatıilə birlikdə) ixrac olunub.

TrendEnergetika Nazirliyinə istinadən xəbər verir ki, ixracın 20 milyontonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isəJOCAP-ın payına düşüb.

Məlumata əsasən, 2024-cü illə müqayisədə ölkədən neft ixracı(qaz kondensatı ilə birlikdə) 1,3 milyon ton və ya 5,3% azalıb.

Eyni zamanda illik müqayisədə konsorsiumların, SOCAR-ın vəJOCAP-ın payına düşən neft ixracı həcmləri müvafiq olaraq 1 milyonton (4,8%), 0,3 milyon ton (10,7%) azalıb. JOCAP üzrə isə 2024-cüil üzrə göstəricilər açıqlanmayıb.

Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesablagündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 minton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı ortahesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr