Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün yoxlama oyunu keçirəcək.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ilk sınaq matçında Özbəkistanın "Neftçi Fərqanə" klubu ilə üz-üzə gələcək. "Gloria Sports Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Yanvarın 10-dan 17-dək Antalyada hazırlıq keçəcək "Qarabağ" hazırlıq prosesi çərçivəsində ikinci və sonuncu yoxlama oyununu yanvarın 16-da Polşanın "Zaqlebie Lubin" klubu ilə keçirəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.