AZ

BMT Məhkəməsi Myanmadakı soyqırımı araşdırır

AzVision.az “Reuters” agentliyinə sitinadən xəbər verir ki, bu, son on ildə BMT məhkəməsi tərəfindən tam şəkildə baxılan ilk soyqırım işidir.

Dinləmələr Bakı vaxtı ilə saat 13:00-da başlayacaq və üç həftə davam edəcək. İddia edilən vəhşilik qurbanlarının ifadələrini ilk dəfə dinləyəcək məhkəmə prosesi təhlükəsizlik və məxfilik səbəbindən ictimaiyyətə və mətbuata qapalı olacaq.

“Bu iş çox güman ki, soyqırımın necə müəyyənləşdirildiyi, necə sübut edildiyi və pozuntuların necə aradan qaldırılması ilə bağlı mühüm presedentlər yaradacaq”,- BMT-nin Myanma üzrə Müstəqil İstintaq Mexanizminin sədri Nikolas Koumcyan deyib.

BMT-dən kritik açıqlama – Bu, soyqırımdır!
Xatırladaq ki, Qərbi Afrikada əksəriyyəti müsəlman olan Qambiya hələ 2019-cu ildə Myanmaya qarşı məhkəmə iddiası qaldırıb. O, Myanma hakimiyyətini qərbi Rakhaynəyalətində rohinca xalqını qırmaqda ittiham edib.

Hazırda hərbi xunta ilə təmsil olunan Myanma hakimiyyəti ittihamları qəti şəkildə rədd edir. Hələ 2019-cu ildə, əvvəlki dinləmələrdə o vaxtkı lider Aun San Su Çji ordunun hərəkətlərini“terrorla qanuni mübarizə əməliyyatı”adlandırmışdı.

2017-ci ildə Myanma silahlı qüvvələri (Tatmadau kimi tanınır) Rakhayn əyalətində kütləvi cəza əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, bu, kütləvi qətllər, zorlamalar və kəndlərin yandırılması ilə nəticələnib.

Zorakılıq nəticəsində ən azı 730 min rohincalı Banqladeşə qaçmağa məcbur olub və onlar hələ də qaçqın düşərgələrində yaşayırlar. BMT-nin faktaraşdırıcı missiyası bu hərəkətləri“soyqırım aktları”kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
25
1
azvision.az

2Mənbələr