AZ

İran XİN internetin tezliklə bərpa olunacağını vəd edib

İran XİN internetin tezliklə bərpa olunacağını vəd edib

İran hakimiyyəti ölkədə vəziyyətin tam nəzarət altında olduğunu və əhaliyə internet bağlantısının yaxın zamanda bərpa ediləcəyini açıqlayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə deyib: "İranda vəziyyət tam nəzarət altındadır".

Əraqçi əlavə edib ki, internet bağlantısı ölkədə təhlükəsizlik xidmətləri ilə koordinasiya şəraitində tezliklə bərpa olunacaq.

Seçilən
10
afn.az

1Mənbələr