AZ

Fransada fermerlərin etiraz aksiyaları genişlənib

Paris, 12 yanvar, AZƏRTAC

Fransada etiraz aksiyalarına qoşulan fermerlərin sayı artır. Həftəsonu “Le Havre” limanında və Lill şəhərinin cənubunda - A1 avtomagistralında da aksiyalar keçirilib. Bu gndən etibarən isə ölkənin digər ərazilərində də aksiyaların təşkili planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Fransa ilə yanaşı, İtaliya, Polşa və İrlandiyada da fermerlər etiraz aksiyaları keçiriblər. Onlar hesab edirlər ki, Avropa İttifaqı ilə Argentina, Braziliya, Paraqvay və Uruqvayı birləşdirən MERCOSUR sazişi 700 milyondan çox istehlakçını əhatə edən nəhəng azad ticarət zonasının yaradılması ilə Avropada kənd təsərrüfatına ciddi ziyan vura bilər.

Fermerlər hökumətin yoluxucu düyünlü dermatit xəstəliyinə qarşı siyasətini də tənqid edirlər. Xüsusilə Kəndli Konfederasiyası və Kənd Koordinasiyası bu xəstəlik aşkarlandıqdan sonra heyvanların kütləvi şəkildə məhv edilməsinə qarşı çıxır.

“Ultras de l’A63” adlandırılan və magistral yola traktorlarla çıxan fermer Jan-Mari Jirien yalnız güc tətbiq edilə biləcəyinə dair xəbərdarlıqdan sonra bu hərəkətindən geri çəkilib.

Seçilən
32
azertag.az

1Mənbələr