AZ

İrakli Kobaxidze BƏƏ-də "Orta Dəhliz"dən danışacaq – ÖZƏL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərində keçirilən Abu-Dabi Dayanıqlı İnkişaf Həftəsi (ADSW) sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib. 13-15 yanvar tarixlərini əhatə edən sammitdə qlobal əməkdaşlıq, investisiya və innovasiya məsələləri müzakirə olunacaq.

Olaylar.az xəbər verir ki, hökumət administrasiyasının yaydığı məlumata görə, Baş nazir sammit çərçivəsində xüsusi panel iclasında çıxış edəcək. Çıxışın əsas mövzusu "Orta Dəhliz - Avropa və Asiyanın enerji vasitəsilə birləşdirilməsi" olacaq.

Kobaxidze sammit çərçivəsində BƏƏ-nin iri investisiya şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Tədbirdə dünya dövlətlərinin rəhbərləri, biznes liderləri və siyasətçilər iştirak edir.

Baş naziri bu səfərdə Xarici İşlər naziri Maka Boçorişvili, İqtisadiyyat naziri Mariam Kvrivişvili, həmçinin kənd təsərrüfatı, ədliyyə nazirləri və hökumət administrasiyasının rəhbəri müşayiət edir.

Səfər çərçivəsində Gürcüstanın tranzit və enerji potensialının beynəlxalq investorlara təqdim edilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr