Deputat Vüqar İskəndərov vətəndaş qəbulu keçirib.
QHT.az xəbər verir ki, seçicilərlə görüşən deputat onların təklif və müraciətləri ilə maraqlanıb, qaldırılan məsələlərin həllində dəstək olub. Müraciətlər əsasən sosial, məşğulluq problemləri, səhiyyə və s. sahələri əhatə edib. Həlli mümkün olan müraciətlər yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı üzrə yönləndirilib.