Vilnüs, Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində Kiyevə quru kontingenti ilə yanaşı, hərbi-dəniz gəmisi də göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda BNS agentliyinə müsahibəsində bildirib.
“Sülhün qorunması həm quruda, həm dənizdə, həm də havada təmin olunmalıdır. Litva öz ölçüsünü və imkanlarını nəzərə alaraq bu prosesə kifayət qədər ciddi şəkildə qoşulacaq. Biz Hərbi Dəniz Qüvvələrinin bir bölməsi, yəni hərbi gəmi ilə qatılmağa hazırıq”.
Prezident əlavə detallar açıqlamasa da, Litva hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirak etməyəcəyini vurğulayıb:
“Onlar müharibə üçün deyil, sülhü qorumağa göndərilirlər”.
Bundan əvvəl prezidentin müşaviri Litvanın Ukraynaya 150-yə qədər hərbçi göndərməyə hazır olduğunu deyib. Lakin qoşun növünün dəqiqləşdirilmədiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az