AZ

Trampın planı gündəmdə: Rəsmilər görüşəcək

ABŞ mətbuatı Vaşinqton rəhbərliyinin Qrenlandiya məsələsini müzakirə etmək məqsədilə danimarkalı rəsmilərlə bir araya gələcəyini iddia edib. 

"Cebheinfo.az" xəbər verir ki, "CBS News"-a danışan diplomatik mənbələr ABŞ-nin Danimarkaya məxsus muxtar bölgə olan Qrenlandiyanı nəzarətə almağa yönəlmiş səyləri ilə bağlı yeni inkişaf barədə məlumat veriblər. 

Mənbələrin bildirdiyinə görə, Vaşinqton rəhbərliyi Qrenlandiya məsələsini müzakirə etmək üçün danimarkalı rəsmilərlə çərşənbə günü görüş keçirməyi planlaşdırır.

Sözügedən görüş barədə məlumat ABŞ-nin dövlət katibi Marko Rubionun ötən həftə Konqresə Trampın Qrenlandiyanı satın almaqla maraqlandığını bildirməsindən sonra ortaya çıxıb. 

Rubio açıqlamasında belə deyib:

“Mən buraya nə Danimarka, nə də hərbi müdaxilə haqqında danışmaq üçün gəlməmişəm. Gələn həftə onlarla görüşəcəyəm. Bu məsələləri o zaman müzakirə edəcəyik”. 

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr