AZ

Qazaxıstan Müdafiə Nazirliyi Almatı üzərində hava məkanının bağlanması ilə bağlı xəbərləri təkzib edir

Astana, 12 yanvar, AZƏRTAC

Qazaxıstan Müdafiə Nazirliyi hərbi əməliyyatlar və hərbi vəziyyətin tətbiqi səbəbindən Almatı üzərində hava məkanının bağlanması ilə bağlı iddia edilən məlumatların həqiqətə uyğun olmadığını bildirib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, məlumatda Müdafiə Nazirliyi tərəfindən hava məkanından istifadəyə heç bir məhdudiyyət qoyulmadığı vurğulanıb.

Nazirlik qeyd edib: “Hava məkanından istifadə səlahiyyətli orqanlar tərəfindən Qazaxıstan Respublikasının qanunlarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir. Sosial mediada yayılan məlumatların heç bir faktiki əsası yoxdur”.

Bundan əvvəl internet istifadəçiləri 11-12 yanvar gecəsi Almatı hava limanında uçuşların gecikməsi barədə məlumat verib, həmçinin bir təyyarənin “hərbi əməliyyatlar səbəbindən” istiqamətini dəyişməsi ilə bağlı məlumat yayıblar. Hava limanının mətbuat xidməti bu məlumatı təkzib edərək, uçuşların gecikməsinin istehsal və əməliyyat səbəblərindən baş verdiyini və bunun adi hal olduğunu qeyd edib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
67
azertag.az

1Mənbələr