Latın Amerikası ölkələri müstəqil dövlətlərdir və öz ticarət tərəfdaşlarını seçmək hüququna malikdirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin ABŞ-ın Venesuela neftinin ixracını nəzarət altına almaq cəhdini şərh edərkən bildirib.
“Latın Amerikası ölkələri suveren və müstəqil dövlətlərdir və öz ticarət tərəfdaşlarını sərbəst şəkildə seçmək hüququna malikdirlər”, – deyə Mao Nin qeyd edib.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə edilən və ABŞ Maliyyə Nazirliyinin hesablarında saxlanılan vəsaitlərin məhkəmə yolu ilə müsadirəsini, həbsini və ya çıxarılmasını bloklayan fərman imzalayıb. Sənəd həmin vəsaitlərlə yalnız xüsusi icazə ilə əməliyyat aparılmasına imkan verir.
Bu addım Venesuela neft resursları üzərində ABŞ nəzarətini gücləndirməyə yönəlmiş bir sıra tədbirlərin davamı kimi qiymətləndirilir. Qeyd olunur ki, bu, ölkə lideri Nikolas Maduronun saxlanılmasından sonra neft hasilatı və ixracının ABŞ nəzarəti altında bərpası planları fonunda baş verir.
Müşviq Tofiqoğlu
KONKRET.az