Sakit okeanın Kamçatka sahillərində 5.1 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskda da hiss olunub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 77 kilometr məsafədə yerləşib.
Yeraltı təkanların dərinliyi 48 kilometrdə olub.
İtki və dağıntı barədə məlumat verilməyib.