AZ

İranda hökuməti dəstəkləyən kütləvi yürüşlər keçirilir

Kerman, Raşt və Zahidan sakinləri Trampın hədələrini pisləyərək küçələrə çıxıblar...

Poliqon xəbər verir ki, İranda bir sıra şəhərlərin sakinləri, o cümlədən Kerman, Raşt və Zahidan şəhərlərində əhali hökuməti dəstəkləmək məqsədilə kütləvi yürüşlər təşkil edib. Aksiyada iştirak edənlər ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hədələri qəti şəkildə pisləyiblər.

Yürüşlərdə iştirak edən vətəndaşlar hökumətin sabitliyi qorumaq və ölkədə vəziyyəti nəzarətdə saxlamaq səylərini dəstəklədiklərini bildiriblər. Tədbirlərdə həmçinin milli himn səsləndirilib, hökumətə dəstək plakatları və şüarlar nümayiş etdirilib. Analitiklər qeyd edirlər ki, belə aksiyalar Tehranın ABŞ-ın təzyiqlərinə qarşı daxili legitimliyini gücləndirmək və etiraz dalğasına qarşı həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr