AZ

İslahatlar dərinləşdi, AFFA xaricdən direktor gətirdi - SON DƏQİQƏ

AFFA-nın yeni texniki direktoru əcnəbi olacaq.

Saytımız bu haqda yeni məlumat əldə edib.

Belə ki, federasiya rəhbərliyinin bu vəzifəyə namizəd tapdığını öyrənmişik. Həmin xarici artıq Azərbaycana təşrif buyurub və müxtəlif görüşlər keçirib.

Belə deyək, artıq AFFA-da kardinal islahatların əsas mərhələsi start götürüb. Növbə indi də Cahangir Həsənzadəyə çatıb.

Uzun illərdir federasiyada çalışan, bu müddətdə müxtəlif vəzifələr tutan «Caqa» ləqəbli funksionerin texniki direktor postundan uzaqlaşdırılması qərara alınıb.

Bu ayrılığın nısa müddət sonra açıqlanması gözlənilir.

O, birbaşa Elxan Məmmədova bağlı kadrdır. Sonuncu AFFA-nın baş ktibi və icraçı vitse-prezidenti olduğu dövrdə Həsənzadəni görəvə gətirib.

Məmmədovdan həmişə dəstək alan keçmiş qapıçı ötən zaman kəsiyində qurumda mühüm üstünlüklər və səlahiyyətlər əldə edib, ciddi qüvvəyə çevrilib.

Bir çox sahələr onun nəzarəti altına keçib: bura uşaq futbolu ilə yanaşı, aşağı yaş qrupları üzrə millilər də daxildir.

SPORTİNFO.AZ

Seçilən
1
1
sportinfo.az

2Mənbələr