AZ

İran hakimiyyəti Cənubi Azərbaycandakı əhaliyə televiziya vasitəsilə müraciət edib

Təbriz və digər şəhərlərdəki etirazlar hökuməti fövqəladə addımlar atmağa məcbur edib...

Poliqon xəbər verir ki, Cənubi Azərbaycanda etiraz aksiyalarının miqyası o qədər geniş olub ki, İran hakimiyyəti əsas dövlət televiziyası “Birinci Kanal”vasitəsi ilə Azərbaycan türklərinə müraciət edib. Efirdə azərbaycan dilində çıxış edən türk dilli dini vaizlər əhaliyə etirazlarda iştirak etməməyi çağırıb, sakitliyi qorumağa səsləyiblər.

Məlumata görə, etirazçılar bu gün xüsusilə fəal olublar və bu, rejim üçün ciddi zərbə hesab edilib. Cavab olaraq, hakimiyyət fövqəladə tədbirlər görərək Şərqi Azərbaycan vilayətində bütün təhsil müəssisələrinin növbəti çərşənbə gününə qədər bağlanması qərarını verib. Bu addım həm etirazların qarşısını almaq, həm də əhaliyə mövcud vəziyyətin ciddiliyini göstərmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr