AZ

ABŞ-də İrandakı etirazlara dəstək mitinqində dəhşətli İNSİDENT

Ajans.az KNBC telekanalına istinadən xəbər verir ki, yük maşını mitinq iştirakçılarının üzərinə sürülüb. Los-Anceles Yanğından Mühafizə İdarəsinin açıqlamasında bildirilir ki, hadisə nəticəsində azı iki nəfər tibbi yardıma müraciət edib. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Toqquşmadan sonra etirazçıların sürücüyə hücum etməyə cəhd göstərdiyi, avtomobilin şüşələrini sındırmağa çalışdığı qeyd olunur. Hüquq-mühafizə orqanları hazırda yük maşınını idarə edən şəxsin kimliyini müəyyənləşdirməyib, hadisənin təfərrüatları araşdırılır. Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın kəskin dəyər itirməsindən sonra başlayıb və qısa müddətdə ölkənin ən azı 46 şəhərinə yayılıb. Məlumatlara görə, etirazlar zamanı azı beş uşaq da daxil olmaqla onlarla insan həlak olub, çox sayda yaralı var. Yanvarın 8-i axşam saatlarında isə ölkə üzrə internet və mobil rabitə xidmətlərinin dayandırılması zorakılığın artması fonunda informasiyaya çıxışı ciddi şəkildə məhdudlaşdırıb.  

 

Seçilən
27
Ajans.az

1Mənbələr