AZ

Türkiyədə hərbi tenderlərdə korrupsiya aşkar edildi

Ankara Prokurorluğu Quru Qoşunları Komandanlığında korrupsiya cinayəti faktı üzrə cinayət işi qaldırıb.

“Yeni Sabah” Cumhuriyet-ə istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığına aid hərbi yük və sərnişin daşımaları üzrə tenderlərdə təxminən 23 milyon 578 min TL (təxminən 930 min manat) dövlətə zərər dəydiyi ehtimal olunur.

2019-2024-cü illərdə keçirilmiş 18 tenderin araşdırıldığı istintaqda, rüşvət və tenderdə saxtakarlıq ittihamları ilə 6 hərbçi və 14 mülki şəxs olmaqla, cəmi 20 şübhəli saxlanılıb.


Telegram kanalımız
Seçilən
45
yenisabah.az

1Mənbələr