"Beşiktaş"dan ayrılan Qabriel Paulistanın yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi ölkəsində çıxış edəcək.
35 yaşlı müdafiəçi "Korintians"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Paulista 2024-cü ilin yayında "Atletiko"dan ayrıldıqdan sonra "Beşiktaş"a azad agent kimi qoşulub. O, "ağ-qaralar"ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.