AZ

Ukrayna üçün “Nightfall” raketi hazırlanır

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna üçün 500 kilometrdən artıq mənzilə malik yeni yerüstü ballistik raket sistemi üzərində işə başlayıb. 

“Nightfall” (“Alatoranlıq”) adlandırılan bu raketlə bağlı texniki və maliyyə detalları açıqlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, “Nightfall” raketinin 500 kilometrdən uzaq mənzilə və 200 kiloqramlıq döyüş başlığına sahib olması planlaşdırılır. Ayda 10 raketin istehsalı nəzərdə tutulur və hər bir raketin təxmini dəyəri 800 min funt- sterlina (təxminən 1,1 milyon ABŞ dolları) olacaq. 

Layihə çərçivəsində üç sənaye qrupu ilə ümumilikdə 9 milyon funt sterlin (təxminən 12,1 milyon dollar) dəyərində müqavilə imzalanacaq. İlk prototiplərin sınaq atışları üçün təhvil verilmə müddəti bir il olaraq müəyyən edilib. 

Böyük Britaniyanın müdafiə naziri Con Hili məsələ ilə bağlı verdiyi açıqlamada bildirib: 

“Biz ukraynalılara Rusiya ordusuna qarş) müqavimət göstərmələri üçün ən müasir silahları təqdim etməkdə qərarlıyıq”.

 Bu açıqlama Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyində həm miqyas, həm də keyfiyyət baxımından yeni mərhələyə keçidini göstərir. “Nightfall” layihəsi, daha əvvəl təqdim edilən təxminən 250 km mənzilli “Storm Shadow” və “SCALP-EG” kimi qanadlı raketlərlə müqayisədə daha uzun mənzilli, daha sərfəli və ehtimal ki, daha sürətli istehsal edilə bilən bir sistem kimi təqdim olunur. 

Seçilən
44
1
cebheinfo.az

2Mənbələr