AZ

"Real Madrid" Flikin öhdəsindən gələ bilmir

İspaniya Superkubokunun dünən baş tutan finalında əzəli rəqibi "Real Madrid"i məğlub edərək (3:2) tarixində 16-cı dəfə bu titula yiyələnən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik "kral klubu" üçün arzuolunmaz mütəxəssisdir.

Fanat.Az-ın məlumatına görə, daha öncə "Bayern Münhen"i, "Hoffenhaym"ı və Almaniya millisini çalışdırmış Flik "Real"a qarşı keçirdiyi 6 oyunun 5-də qələbəyə sevinib.

Sözügedən məşqçi 2024-cü ildən indiki postundadır. 

"Barsa" ötən mövsüm Superkubokun finalında "Real"ı 5:2 hesabı ilə yenmişdi.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr