Azərbaycan Həmkarları İttifaqı Konfederasiyasına (AHİK) yeni Aparat rəhbəri təyin olunub.
“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Ayaz Elman oğlu Əliyev təyin edilib.
Qeyd edək ki, A.Əliyev bu təyinata qədər iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri vəzifəsində çalışıb.
Telegram kanalımız