Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki,sosial şəbəkələrdə və etirazçılar arasında “cəllad” ləqəbi ilə tanınan Mehdi Rəhiminin 3 yanvar tarixində Məlikşahi şəhərində güllələndiyi bildirilir. Yerli mənbələrin və şahidlərin məlumatına görə, Rəhimi həmin gün etirazçılara atəş açılması barədə göstəriş verməkdə ittiham olunub. İddialara əsasən, bu əmrin nəticəsində azı doqquz nəfər həlak olub. Məlumata görə, insidentdən sonra sağ qalan etirazçılar zabitin yaşadığı ünvanı müəyyən edərək “ev ziyarəti” adlandırılan cavab hücumu həyata keçiriblər. Nəticədə Mehdi Rəhimi hadisə yerində öldürülüb. Hadisə ilə bağlı İranın rəsmi qurumları hələlik açıqlama verməyib, məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənməsi çətin olaraq qalır.