“İki gün öncə Rusiya Ukraynaya hipersonik raketlərlə kütləvi zərbə endirir - enerjiyə, mülki infrastruktura, evlərə, məktəblərə, xəstəxanalara. Yenə Kiyev və digər şəhərlərdə - işıq, su və istiliklə kəsilib. Bütün bunlar Rusiya tərəfində hakimiyyətsizlik və çarəsizliyə bənzəyir. Ukraynaya az-çox toparlanmaq üçün cəmi bir neçə gün lazımdır. Rusiyada isə belə deyil. Rusiya bu hücumlara yüz milyardlarla dollar pul xərcləyir və əvəzlənməsi daha çətin olan qiymətli raket tədarükü, sadəcə bir şeyə görədir - ukraynalıların həyatını çətinləşdirmək üçün”.
Hafta.az yazır ki, bu sözləri ukraynalı politoloq, İntermarium İnstitutunun direktoru Valentin Hayday deyib.
Politoloq qeyd edib ki, 1991-ci ildən bəri Rusiyada 35 min məktəb bağlanıb və bu, ildə 1000-ə qədər məktəbin yox olması deməkdir. Yəni təkcə yüz minlərlə kənd yox, bütün şəhərlər, rayonlar yox olur, çünki məktəblərin olması əlverişliliyin əsas göstəricilərindən biridir. Kəndlərin yox olması isə Rusiyada demoqrafiya ilə bağlı vəziyyət kritik olduğunu göstərir.
“Rusiyanın müharibəyə həftəlik xərcləri federasiya regionlarının 75 faizinin illik büdcələrini üstələyib. "Milli Müdafiə" maddəsinə əsasən hər həftə büdcə orta hesabla 248,6 milyard rubl ayırır - bu, Rusiya Federasiyasının 62 subyektinin illik xərclərindən çoxdur. Rusiya şirkətlərinin təkcə 2025-ci il üçün itkiləri 6 trilyon rublu keçib. Bu “Rosstat”ın məlumatıdır. 18400 şirkət tənəzzüldə işləyib və bu 2024-cü ilin eyni dövrünə nisbətən 11 faiz çoxdur. Tənəzülə uğrayan şirkətlərin yarısından çoxu kömür mədələri (68,1 faiz), elektrik enerjisi, qaz və buxar (54.7 faiz), su təchizatı, tullantıların toplanması və atılması (52,9 faiz) sahələrini əhatə edir. Zərərçəkən şirkətlər, eyni zamanda, taxta-şalban sənayesində 45 faiz, neft hasilatında 48,1 faiz, maliyyə və sığorta fəaliyyətində 44 faiz, elmi tədqiqat və inkişafda 41,8 faizə yaxındır”, - Valentin Hayday deyir.
Ekspert qeyd edib ki, Rusiya hökumətinin rəsmi məlumatına əsasən, bu ölkədə həkim çatışmazlığı 80 faizə çatır. Tibbi personal çatışmazlığı xüsusilə iri şəhərlərdən kənarda hiss olunur.
“Müharibə başlayandan bəri Rusiyadan xaricə kapital axını 300 milyard dolları keçib. Rusiya iqtisadiyyatı Ukraynaya qarşı müharibənin ilk ilində 138 milyard dollar xarici sərmayə itirib, 2023-cü ildə daha 80 milyard dollar. 2024-cü ilin yekunlarına əsasən sərmayələr daha 63 milyard dollar azalıb. Yəni indiki kursla rubla çevrilmədə iqtisadiyyat 24,7 trilyon rubl, yaxud ÜDM-in 12 faizi - Rusiyanın federal büdcəsinin yarısından (41 trilyon rubl) çox olan və demək olar ki, bütün rusiyalıların illik mənfəətinə bərabər olan bir həcmdə xarici sərmayə itirib şirkətlər. Rusiya banklarındakı qızıl ehtiyatları dörd il ərzində rekord səviyyədə azalıb” deyən Valentin Hayday qeyd edib ki, Suriya, Ermənistan, Azərbaycan, Serbiya, Venesuela yalnız hərbi faktora görə Rusiyanın təsirindən tamamilə və ya qismən qurtulan əsas ölkələrdir. Rusiya SSRİ dağılandan bəri heç vaxt dünya lideri deyil, sadəcə regional təsir sahibi olub. Ukraynaya qarşı müharibənin başlaması ilə onun təsiri kəskin azalıb, xarici siyasi təmaslar Şimali Koreya və Afrika xuntaları kimi ölkələr səviyyəsinə enib. Rusiyanın böyüklüyünə nəhayət ki, son qoyuldu.
“Bütün bunlar Rusiyadan dərhal doğru yola qayıdaraq Ukraynanın diktə etdiyi istənilən şərtlərlə müharibəyə son qoymağı, öz iqtisadiyyatını, demoqrafiyasını, sosial nizamını xilas etməyi tələb edir. Rusiya isə sanki bunu görmür və yüz minlərlə əsgərini məhv etməyə, yüz milyardlarla dollar vəsaitini sadəcə ukraynalıların həyatını müvəqqəti çətinləşdirmək üçün çölə atmağa davam edir”, - ekspert fikrini tamamlayıb.