Vaşinqton birbaşa hərbi müdaxilə planlarından imtina edərək, İran daxilində gizli şəkildə qeyri-sabitliyə üstünlük verib.
Publika.az "News.ru"ya istinadən xəbər verir ki, bunu politoloq Konstantin Bloxin bildirib.
Ekspertin sözlərinə görə, Donald Tramp administrasiyası açıq münaqişə qəbuledilməz risklər daşıdığı üçün "rəngli inqilablar"a əl atmağa məcburdur.
"Genişmiqyaslı müdaxilə mümkün deyil, çünki Konqres bu yaxınlarda Trampın ordudan istifadə etmək imkanını məhdudlaşdırıb. İrana qoşun göndərməyin ABŞ üçün fəlakətli olacağı aydındır", - deyə analitik izah edib.
Bloxin qeyd edib ki, hərbi güc tətbiqinə qoyulan məhdudiyyətlərə baxmayaraq, Ağ Ev kütləvi etirazlarda son dərəcə maraqlıdır.