AZ

Kuba dövlət başçısından Trampa: Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz

Kuba dövlət başçısından Trampa: Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz

Kuba Dövlət Şurasının sədri Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla razılaşma bağlamaları ilə bağlı çağırışına cavab verərək, “Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz” ifadəsini işlədib.

Dias-Kanel X-də Trampın Havana rəhbərliyinə gec olmadan razılaşma bağlamaları çağırışı ilə bağlı açıqlama yayıb.

Kubanı aqressiv dövlət kimi təqdim etməyin doğru olmadığını vurğulayan Dias-Kanel ölkənin 66 ildir ABŞ-nin hücumlarına məruz qaldığını qeyd edib.

Dias-Kanel “Kuba azad, müstəqil və suveren ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz” ifadələrinə yer verib.

Kuba xalqının son damla qanına qədər vətənini müdafiə etməyə hazır olduğunu bildirən Dias-Kanel heç kimin ölkəni təhdid edə bilməyəcəyini də vurğulayıb.

Tramp yanvarın 11-də sosial media hesabında paylaşım edərək, Kubanın illərdir Venesueladan gələn iri həcmdə neft və pulla yaşadığını iddia etmişdi.

Kubanı aldıqlarının əvəzində Venesuelaya təhlükəsizlik xidməti göstərməkdə günahlandıran, lakin bunun artıq dayandırıldığını irəli sürən Tramp “O kubalıların çoxu ötən həftə ABŞ-nin hücumunda öldü” ifadəsini işlətmişdi.

Tramp paylaşımında “Venesuela artıq açıq fərqlə dünyanın ən güclü ordusu olan ABŞ-nin himayəsi altındadır. Onları qoruyacağıq. Artıq Kubaya heç bir neft və ya pul getməyəcək. Kubaya gec olmadan razılaşma bağlamalarını qəti şəkildə tövsiyə edirəm” bildirib.

Seçilən
9
afn.az

1Mənbələr