
ABŞ-ın Missisipi ştatında 1875-ci ildə tikilmiş ən böyük sinaqoq Bet-Israel yanğın nəticəsində tamamilə məhv olub.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Yanğının qəsdən törədildiyi şübhəsi ilə bir nəfər həbs edilib. Hadisə ilə bağlı araşdırmanı Federal Təhqiqat Bürosu (FBI) aparır.
Sinaqoqun yerləşdiyi Cekson şəhərinin meri Con Horn bildirib:
“Antisemitizm, irqçilik və dini nifrət aktları Ceksona qarşı hücumdur və sakinlərin təhlükəsizliyi ilə vicdan azadlığına yönəlmiş terror aktı kimi qiymətləndiriləcək”.
Missisipinin yəhudi icmasının liderləri zədələnmiş binanı yenidən bərpa edəcəklərinə söz veriblər.
Qeyd edək ki, Bet-Israel əvvəllər də hücuma məruz qalıb: 1967-ci ildə ultra-sağçı Ku-Klux-Klan üzvləri sinaqoqa bomba qoymuş və onun rəbbi Perri Nussbaumun evinə də hücum etmişdilər.