Fantastik macəra janrında olan film “Avatar” seriyasının davamıdır. Film Pandora dünyasında baş verən yeni qarşıdurmaları və vizual effektləri ilə diqqət çəkir. "Zootopia 2"
Sevilən animasiya filminin davamında tanış qəhrəmanlar yeni bir sirli hadisəni araşdırırlar. Film ailə və uşaq auditoriyası üçün nəzərdə tutulub. "Freddi ilə beş gecə 2" (Five Nights at Freddy’s 2)
Qorxu janrında olan bu film məşhur oyunun ekranlaşdırmasının davamıdır. Hadisələr gecə saatlarında baş verən qorxulu və gərgin məqamlar üzərində qurulub. "Primat"
Macəra və qorxu elementlərini birləşdirən film insanla təbiət arasındakı təhlükəli qarşıdurmanı əks etdirir."Anakonda"
Ekzotik məkanda cərəyan edən film böyük təhlükə ilə üzləşən insanların sağ qalma mübarizəsindən bəhs edir. "Süngər Bob: Kvadrat Şalvarın Axtarışında"
Məşhur animasiya qəhrəmanı bu dəfə yeni macəraya atılır. Film əsasən azyaşlı tamaşaçılar üçün nəzərdə tutulub. "Xadimə" (The Housemaid)
Psixoloji triller janrında olan ekran işi ailə daxilində baş verən gərgin münasibətləri və sirli hadisələri əks etdirir.
Sevinc İbrahimzadə / Metbuat.az