AZ

Estoniya 261 Rusiya vətəndaşının ölkəyə girişini qadağan etdi

Estoniya Xarici İşlər naziri Margus Tsahkna ölkəyə 261 Rusiya vətəndaşının girişinin qadağan edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu şəxslərin Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyata qatıldıqları bildirilib.

Tsahkna sosial media hesabından paylaşdığı açıqlamada bildirib ki, bu, yalnız başlanğıcdır. O əlavə edib ki, Estoniya gələcəkdə giriş qadağasına məruz qalanların siyahısını daha da genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl Latviya hakimiyyəti ölkəyə girişinə qadağa qoyduğu təxminən 150 Rusiya vətəndaşı arasında tanınmış mədəniyyət xadimlərinin də olduğunu açıqlamışdı. Onların sırasında Rusiya teatr və kino aktyoru Stanislav Sadalsky də yer alırdı.

İyul ayında isə Latviya hökuməti dövlət qulluqçularının Rusiya və Belarus ərazisinə səfərlərini məhdudlaşdıran qanun qəbul etmişdi. Rəsmi şəxslər açıqlamalarında qeyd ediblər ki, bu qərar Latviya dövlətinə və vətəndaşlarına yönəlmiş təhlükə riskini artıran geosiyasi vəziyyət nəzərə alınaraq verilib.

//Gülnarə Abasova,Editor.az

Seçilən
13
editor.az

1Mənbələr