Son günlər Günəşin uzaq tərəfində güclü aktiv bölgə müşahidə olunur.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bildirib. Dörd gün ərzində orada ən azı iki çox güclü, ən yüksək səviyyə olan X sinifli partlayış baş verib.
Bu bölgə növbəti iki gün ərzində Yerdən görünəcək və sonra alimlər onun əsl intensivliyini qiymətləndirə biləcəklər.
Günəşdə baş verənlər…
Dünən gecə eyni bölgədə M3.3 sinifli alovlanma aşkar edilib. Aktiv mərkəz demək olar ki, üfüqün altında olduğundan, radiasiyanın əhəmiyyətli bir hissəsi Günəş diski ilə qorunub saxlanılıb.
Buna görə də müşahidə edilən intensivlik çox az qiymətləndirilib. Hazırda Günəşin uzaq tərəfini izləyən peyk olmadığı üçün onu dəqiq ölçmək mümkün deyil.
Yaxın günlərdə, yəni bölgə Yerə doğru döndükdə, alimlər tam mənzərəyə dair məlumata sahib olacaqlar. Daha sonra onlar qarşıdakı həftə üçün geomaqnit aktivliyini proqnozlaşdıra biləcəklər.
Yerə təsir
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı tədqiqatçısı Natan Eysmont “aif.ru” saytına verdiyi müsahibədə deyib ki, bütün partlayış və plazma təhlükə yaratmır.
Yalnız kifayət qədər güclü koronal kütlə atılmaları (KKT), plazma topaları Yerə çatdıqda və maqnit fırtınalarına səbəb olduqda təhlükəlidir.
"Onların vəziyyətinə təsir edə biləcək Günəş hadisələri var. Bunlara plazmanı çıxaran güclü alovlanmalar və ya Günəş korona alovlanmaları daxil ola bilər.
Əgər bu topalar Yerə çatırsa və kifayət qədər güclüdürsə, maqnit fırtınasının əmələ gəlməsinə kömək edir", - deyə ekspert qeyd edib.
Maqnit fırtınaları bəzi insanlara təsir göstərə bilər. Lakin Günəşdəki partlaıyşlar ümumilikdə müntəzəm təbii hadisədir.
Ümumiyyətlə, son günlər Günəşin uzaq tərəfində X səviyyə də daxil olmaqla güclü partlayışlar qeydə alınıb.