Gəncədə iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü Mehman Abbasquliyevi və 1962-ci il təvəllüdlü Eldəniz Həsənovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar xəstəxanaya çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır hesab olunur.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta