AZ

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim etdi

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim etdi

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı statusda özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.

Tramp ABŞ mərkəzli Truth Social sosial media platformasındakı hesabında guya Vikipediyadan götürülmüş görüntü təsiri bağışlayan bir şəkil paylaşıb.

Görüntüdə Trampın fotosunun altında “Venesuelanın müvəqqəti prezidenti” ifadəsi yer alıb.

“2026-cı ilin yanvarından etibarən vəzifədə” qeydinin olduğu şəkildə vitse-prezident kimi isə JD Vens göstərilib.

Seçilən
7
afn.az

1Mənbələr