ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya Superkubokunda “Real”ı məğlub etdikləri matçı şərh edib.
Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Vacib oyun idi. “Real”a qarşı matçlar həmişə möhtəşəm keçir. Onlara qarşı istədiyimiz kimi oynadıq. Komandamla qürur duyuram. Son dərəcə inamlı idik və yekunda mükafatını aldıq. Asan olmadı, amma komanda ruhunu göstərdik”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.