AZ

Beyləqanda məmur şəhər mərkəzində döyülüb

Beyləqan Rayon Elektrik Şəbəkəsinin rəisi Fikrət Əhmədov rayon sakini tərəfindən döyülüb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Gəray Əsədov küçəsində baş verib.

Mübahisəyə səbəb isə şəhər ərazisində elektrik dirəklərinin və xətlərinin bərbad vəziyyətdə olması,
bununla bağlı Fikrət Əhmədov tərəfindən heç bir tədbir görülməməsi olub. Belə ki, Vüsal adlı Beyləqan sakini bu barədə videoçəkilişlər apararaq tiktok sosial şəbəkəsində paylaşım edib. Məsələ ilə əlaqədar sözügedən ünvanda Elektrik Şəbəkəsinin rəisi ilə üz-üzə gələn Vüsal onu təhqir edib, sol gözaltı, sol qol, sinə və ağız nahiyələrinə ağır zərbə endirib.

Törətdiyi əmələ görə məsuliyyətə cəlb olunan rayon sakini 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ağagül Mürsəlov

KONKRET.az

Seçilən
36
1
konkret.az

2Mənbələr