AZ

Özbəkistandan Rusiyaya SƏRT REAKSİYA: Solovyovun sözləri qalmaqal YARATDI – VİDEO

Özbəkistan da rusiyalı təbliğatçı Vladimir Solovyovun Ermənistan və Orta Asiya ilə bağlı açıqlamalarına reaksiya verib.

İnterpress.az xəbər verir ki, Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov növbəti qalmaqallı bəyanatı ilə gündəmə gəlib.

Məlumata görə, o, Rusiyanın milli təhlükəsizliyi naminə Orta Asiya ölkələri və Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” (SVO) keçirilməsinin vacibliyini bildirib.

Solovyov beynəlxalq hüquqa məhəl qoymamağa çağırıb: “Beynəlxalq hüquq və nizam vecimə deyil. Əgər Ukraynada əməliyyata başlamaq lazım idisə, niyə təsir dairəmizdə olan digər nöqtələrdə də bunu etməyək?”

Bu fikirlər Özbəkistan və digər Orta Asiya ölkələrində hiddətlə qarşılanıb. Bölgə siyasətçiləri bunu açıq təhdid kimi qiymətləndirərək, Rusiyaya rəsmi etiraz notası verilməsini tələb edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
interpress.az

1Mənbələr