AZ

Azərbaycan klubunda İNSİDENT - Baş məşqçi komandanı qovdu!

«Karvan»da qalmaqal əskik olmur. Növbəti belə insident Araz Abdullayevlə bağlıdır.

Belə ki, o, Füzuli Məmmədov tərəfindən məşq prosesindən kənarlaşdırılıb.

Səbəb hazırlıq zamanı baş verən mübahisədir.

Ötən ilin noyabrında komandanın sükanı arxasına keçmiş mütəxəssis yarımmüdafiəçidən verdiyi tapşırıqları ciddiyətlə yerinə yetirməsini tələb edib.

«Neftçi»nin yetirməsi isə baş məşqçinin təkidli çağırışlarına məhəl qoymayıb və sonda cavab qaytarıb. Və bu da F.Məmmədova xoş gəlməyib, kapitanı məşqdən kənarlaşdırıb.

Çalışdırıcı 33 yaşlı vingerin cəzalandırması barədə rəhbərliyə məlumat verib.

SPORTİNFO.AZ

Seçilən
19
sportinfo.az

1Mənbələr