Tbilisi, 12 yanvar, AZƏRTAC
Gürcüstan Hökumətnin qərarına əsasən, bu ölkənin Müdafiə Qüvvələrinin sayı cari ildə dəyişməyəcək.
AZƏRTAC xəbər verir ki, ötən ildə olduğu kimi, cari ilin sonuna qədər Müdafiə Qüvvələrində xidmət edənlərin sayı 37 mini keçməyəcək.
Bu məhdudiyyət hərbi vəziyyət dövründə və ehtiyatda olanlara, eləcə də Gürcüstan Müdafiə Nazirliyinin müvəqqəti tam ştatlı işçilərinə şamil olunmur.
Qeyd edək ki, hazırda Gürcüstanda hərbi xidmət məcburi, müqaviləli, nizami və ehtiyatda olanlar da daxil olmaqla, 4 kateqoriyaya bölünür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi