ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Prezidentin çıxışlarında dəfələrlə vurğulanan əsas xətt aydındır. Qəbul edilən qərarların əhəmiyyətli hissəsi ictimai rəyin, açıq müzakirələrin və cəmiyyətdən gələn siqnalların nəticəsi olmalıdır. Bu yanaşma müasir dövlət idarəçiliyinin əsas prinsipini ifadə edir”.
Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib.
O vurğulayıb ki, qərarlar qapalı kabinetlərdə deyil, açıq təsir və ictimai iştirak mühitində formalaşmalıdır. Bu prinsip lobbiçilik məsələsinə də birbaşa tətbiq olunur. Əgər müəyyən maraq qrupları dövlət qərarlarına təsir göstərirsə, bu təsir açıq, əsaslandırılmış və cavabdeh mexanizm üzərindən həyata keçirilməlidir. Əks halda proses institusional çərçivədən çıxır, şəxsi münasibətlər və qeyri-rəsmi əlaqələr müstəvisinə keçir.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.