AZ

Ölkədə istehsal edilən kərə yağı üçün xammal xaricdən gəlir Ekspert

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanda daxili istehsal ölkə əhalisinin yağ tələbatını ödəmək üçün kifayət deyil. Heyvandarlıq sektoru o səviyyədə inkişaf etməyib ki, yerli süd və ondan hazırlanan məhsullarla bütün tələbat ödənə bilsin. Buna görə də yağ məhsullarında idxaldan asılılıq mövcuddur”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib.

O qeyd edib ki, ölkədə istehsal edilən kərə yağı ilə bağlı xammalın əhəmiyyətli hissəsi xaricdən gəlir:

“Təlabat var deyə idxalın həcmində ciddi artım var. Daxili istehsalda da bir eniş var. Bu onu göstərir ki, əhalinin kərə yağına təlabatı artıb. Təlabatın artması idxalın hesabına əldə olunub. Yerli istehsal isə bu artan təlabatın qarşısında əvvəlki illərlə müqayisədə payı daralıb”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr