AZ

İranda vahid liderin ortaya çıxmaması, Qərbin planlarına uyğundur

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İranda vəziyyət ABŞ, İsrail və ümumiyyətlə Qərbin istəyinə uyğun gedəcək. Proseslərin nəzarətdən çıxma ehtimalı yüksəkdir. İsrail və ABŞ-ın da İrana müdaxilədən ehtiyatlı davranması vəziyyətə mənfi təsir etməmək məqsədi daşıyır. Əlbəttə ki, proseslərin axarından asılı olaraq ABŞ və İsrailin hərbi müdaxiləsi də daimi olaraq masadadır və son qərarda Azərbaycanın, Türkiyənin təsir imkanlarının nəzərə alınması ehtimalı yüksəkdir.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, hər bir halda İranda baş verən bu proseslər onu göstərir ki, rejimin dəyişdirilməsi gündəmdə olsa da, İranın parçalanmasında Qərb dünyası maraqlı deyil və İran nəzərdə tutulmuş rolunu davam etdirməlidir. Ancaq ixtişaşların yaratdığı şərait Tramp və Netanyahunun qərarlarına regional risklər nəzərə alınmaqla əhəmiyyətli təsir göstərə bilər:

"İranda son məlumatlara görə yüzə yaxın itki var, yaralıların sayı isə həddindən artıq çoxdur. Buna baxmayaraq, bu vəziyyətdə İranda vahid liderin ortaya çıxmaması, təbii ki, Qərb dünyasının planlarına uyğundur. Lakin xalqın qarşısında qoyulan bu iki şərt – ya teokratik rejimin davamı, ya da monarxiyanın bərpası – Cənubi Azərbaycanın taleyini müstəqil şəkildə həll etməsini zərurətə çevirir. Cənubi Azərbaycan bu iki rejim dövründə ən çox əzab-əziyyətə çəksə də, aborigen xalq olaraq İran dövlətinin formalaşmasının əsas sosial və milli mənbəyi, bazasıdır. Bu iki seçim məcburiliyi isə Cənubi Azərbaycanın öz müstəqilliyini elan etməsini şərtləndirir".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr