AZ

Fərid Nəbiyev: Liqada qalmaq üçün nə lazımdırsa, edəcəyik

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hazırlıq normal qaydada davam edir. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Mövsümün ikinci yarısının startına qədər tam hazır olacağıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Fərid Nəbiyev deyib.Yarımmüdafiəçi komandasının qış fasiləsi dönəmində təlim-məşq toplanışını dəyərləndirib:"Toplanış dönəmində ilk yoxlama matçında "Qəbələ" ilə qarşılaşdıq. Məğlub olsaq da, məncə, yoxlama oyunlarında nəticə önəm daşımır. Fasilədən sonra bizi gərgin matçlar gözləyir. İlk oyunumuz "Qarabağ"a qarşı olacaq. "Qarabağ"ın adı futbolçular üçün artıq bir motivasiyadır. Heç bir həyacandan söhbət belə gedə bilməz. Çalışıb layiqli mübarizə aparacayıq. Liqada qalmaq üçün nə lazımdırsa, edəcəyik. "Kəpəz" daim Premyer Liqada çıxış etməlidir. Bunun üçün hər cür şəraitimiz var".Qeyd edək ki, "Kəpəz" 9 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
sport24.az

2Mənbələr