İranda baş verən etiraz aksiyalarında gənclər silah yox, daha təhlükəli cihaz sayılan "Starlink" peyk internet sistemindən istifadə edirlər.
Milli.Az xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən bu cihazlara sahib olmaq silah daşımaqla eyni səviyyədə cinayət kimi qiymətləndirilir.
Tehran rejimi etirazlar zamanı ölkə daxilində interneti məhdudlaşdırır və xarici dünya ilə əlaqə kəsilir. Belə vəziyyətdə isə "Starlink" vasitəsilə siqnal birbaşa kosmosdan alınır və görüntülər beynəlxalq mediaya ötürülür.
Etirazçılar 10 dəqiqə ərzində qoşulurlar, görüntüləri paylaşır və dərhal geri çəkilirlər. Bu isə rejimin siqnalı izləyib müdaxilə etməsini çətinləşdirir.
Qeyd edək ki, bir neçə gün öncə Lənkəranda səmada qeyri-adi işıq düzülüşü müşahidə olunub.Həmin işıqları şəhər ərazisindən daha aydın görmək mümkün olub.
Həmin işıqların etiraz aksiyalarında istifadə olunan "Starlink" cihazları olduğu ehtimal edilir.
Mina Mikayılova
Milli.Az