BAKI, 12 yanvar. TELEQRAF
İrandakı prosesləri yaxından izlədiklərini bildirən İsrail Baş naziri Benyamin Netanyahu kabinet üzvlərinə İrana qarşı yenidən hücum ehtimalı ilə bağlı mediaya açıqlama verməmək və sosial mediada paylaşım etməmək barədə təlimat verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail rəhbərliyi İranda davam edən etirazları izləməyə və vəziyyəti dəyərləndirməyə davam edir. Netanyahu administrasiyası bu hadisələri İran rejiminin sabitliyinin pozulmasında dönüş nöqtəsinə yaxınlaşma kimi qiymətləndirir.