BAKI, 12 yanvar. TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas Ramallahda xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Mahmud Abbas rutin tibbi müayinə üçün Əl-İstişari xəstəxanasındadır. 90 yaşlı Fələstin lideri sentyabr ayında da eyni xəstəxanada müalicə almışdı.