2010-cu ildə sifariş verdiyi Nokia telefonlarını 16 il sonra aldı
7News.az xəbər verir ki, 2010-cu ildə Liviyada mağaza sahibi tərəfindən sifariş edilən Nokia mobil telefonları vətəndaş müharibəsi və ölkədəki xaos səbəbindən cəmi 16 il sonra gətirilib. Telefonlar 2011-ci il vətəndaş müharibəsindən sonra logistika xətlərinin dağılması, gömrüyün fəaliyyət göstərə bilməməsi və təhlükəsizlik problemləri səbəbindən anbarlarda qalmağa məcbur olub.